Ərdoğan partiya liderinə deputat seçkisində dəstəkdən imtina etdi: "Öz loqomuzla qatılacağıq"
13-03-2023 [17:13]
Bu gün Prezident Ərdoğan Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici ilə görüşüb.
Mia.az HaberTurk TV-yə ist istiandla xəbər verir ki, görüşdən sonra BBP sədri Mustafa Desteci açıqlama verib.
O bildirib ki, bir saat çəkən görüşdə seçki və Cumhur İttifaqındakı birgə fəaliyyət planları müzakirə edilib: "Görüşdə bir daha Cumhur İttifaqının bütöv və bir olaraq yoluna davam edəcəyinə inamımızı ifadə etdik. Bildiyiniz kimi, bizim ittifaq olaraq vahid namizədimiz hörmətli Ərdoğandır. Biz bunu Türkiyənin gələcəyi baxımından mütləq sayırıq. Görüşdə parlament seçkiləri ilə bağlı da müzakirə apardıq. Razılaşdıq ki, parlament seçkilərində BBP ittifaq loqosu ilə deyil, öz namizədi, özü siyahısı və öz loqosu ilə qatılacaq".
Partiya sədri deyib ki, lideri olduğu təşkilat 81 şəhər üzrə deputatlıq yarışında olacaq: "Biz hər vilayət üzrə namizədlərimizlə bu yarışda var gücümüzlə olacağıq".
Xatırladaq ki, sorğularda BBP seçicilərin heç 1 faiz səsini ala bilmir.
Məhz bu faktı da nəzərə alan türkiyəli ekspertlər deyir ki, Ərdoğan buna görə Desteci ilə parlament seçkilərində birgə addmlamaq istəmir: "Sözsüz ki, Mustafa Desteci Ərdoğandan bəzi şəhərlər üzrə namizədlərinə geniş dəstək istəyib və ya bu arzuda olub. Lakin məntiqlə düşünsək, AK Partiya buna qol qoymaz. Axı, niyə kifayət qədər gücü olduğu şəhərlərdə digər partiyann mənsubunun deputat olması üçün çalışsın ki?!
Özü də nəzərə almaq lazımdır ki, BBP-nn heç bir nümayəndəsi heç bir şəhərdə AK Partiya namizədlərindən üstün deyil. Əksinə, müqayisədə heç 0.5 faiz ss almaq gücündə deyillər. O səbəbdən, Ərdoğan Destecinin yalnız özünə fərdi qaydada mandat almasına dəstək verə bilər, lakin partiya üzvləri ilə bağlı istəyinə "yox" deyilməsi gözlənilən idi. Şübhə yox ki, bir saatlıq müzakirədə də Ərdoğan bunu müttəfiqinə uyğun dildə deyib ki, Mustafa Destecinin görüşdən dərhal sonra "öz loqomuzla parlament seçkisndə iştitak edəcəyik" - sözləri də bu qənaəti gücləndirir. Qısası, Ərdoğan ona mandat bazarlığında qapını göstərdi...".
Samir Musayev
Mia.az
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb