Şamaxıda ruhi-əsəb internat evi yandı

img

08-05-2014 [11:37]


Şamaxıda yanğın hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, yanğın ruhi-əsəb internat evinin camaşırxana və qazanxanasında baş verib.


Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı birmərtəbəli 17 otaqlı tiklinin bir otağı içindəki əşyalarla birlikdə yanıb. Yanğınsöndürənlər qısa müddətdə yanğının əsas binaya keçməsinin qarşısını alıb. Xəsarət alan olmayıb.

Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA