HDP-nin həbsdə olan lideri Akşenerə məktub yazdı, 4 bəndlik sual verdi: "Biz Kılıçdaroğluna dəstək versək...."
09-03-2023 [09:18]
Xəbər verildyi kimi, kürdlərin partiyası hesab olunan HDP Millət İttifaqının namizədi Kamal Kılıçdaroğluna "Sizi partiyamızda gözləyirik" çağırışı edib.
Mia.az xəbər verir ki, bu çağırışa ittifaqın üzvü İYİ partiya lideri Meral Akşener gözlənilən reaksiyanı verib.
O, "Haberturk" TV-yə müsahibəsində deyib ki, CHP HDP ilə görüşə bilər: "Bu aydındır, kimsə bir partiya liderinin digəri ilə görüşməsinə qarışa bilməz. Amma HDP-nin tələbləri bizim olduğumuz masaya gələ bilməz...".
CHP Qrup sədr müavini Özgür Özəl isə Kamal Kılıçdaroğlunun HDP-ni ziyarət edəcəyinin anonsunu verib.
HDP-nin həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş isə İYİ Partiya başqanı Meral Akşenerin açıqlamasına cavab olaraq, ona 4 bənddən ibarət geniş məktub göndərib.
Türkiyənin bir çox məşhur media orqanlarının manşetinə daşınan həmin məktubda Dəmirtaş Akşenerə "Sənə uyğun olan danışıqlar niyə HDP üçün doğru deyil?", - deyə, sual verərək, yazıb:
"Hörmətli başqan, bu məktubu HDP seçici kimliyimlə yazıram. Siz Millət İttifaqının prezidentliyə namizədi cənab Kamal Kılıçdaroğlu ilə birlikdə Millət İttifaqındakı partiyaların liderləri və iki bələdiyyə sədri olmaqla, bu tarixi məqamda çətin bir işin öhdəsindən gəldiniz. Hər şeydən əvvəl sizə uğurlar arzulayıram.
Gördüyüm qədəriylə Kılıçdaroğlu və sizdən başqa, masadakı partiyaların liderləri HDP seçiciləri də daxil olmaqla, bütün seçiciləri demokratik inanc ətrafında bir araya toplamaq istəyirlər.
"Xeyr, biz də HDP seçicilərinin səsini və dəstəyini istəyirik, amma biz HDP-ni institutsional həmsöhbət kimi qəbul etməyin əleyhinəyik” deyirsinizsə, qeyd edim ki, mən siyasi partiyamı qorumaq üçün HDP-yə vəzifə və məsuliyyət vermişəm. Ona görə də çox güvəndiyim HDP rəhbərliyinin qərarı nə olursa olsun, təbii ki, mövqeyim də, səsim də o yöndə olacaq. Partiyamız HDP də eynən İYİ Partiya kimi legitimliyini xalqdan alıb. Üstəlik, xalq sizin partiyadan daha çox HDP-yə güvənərək, HDP-ni Türkiyədə üçüncü partiyaya çevirdi. Zatən, parlamentdə HDP ilə yan-yana oturursunuz, komissiyalarda bir masa arxasında oturmusunuz. Digər yandan, zaman-zaman HDP millət vəkili Nimetullah Erdoğmuş Məclisimizi idarə etdiyi üçün Məclisdəki varlığımızı da bilirsiniz.
Hörmətli başqan, bu tarixi seçki öncəsi cəmiyyətin böyük hissəsi “Birləşərək qalib gələcəyik” şüarları ilə ümid yaratmağa çalışarkən, məncə, partiyamız olan HDP-yə qarşı bəzi açıqlamalarınız və yanaşmalarınız bu məqsədə uyğun deyil. HDP seçicisi olaraq sizi daha yaxşı başa düşmək üçün bəzi məsələlərə aydınlıq gətirməkdə böyük fayda görürəm. Siz Millət İttifaqında kəllə-kəlləyə sərt müzakirə aparmısınız. Niyə sənin üçün haqq siyasəti olan müzakirə HDP üçün olmasın? Əminəm ki, siz HDP seçicilərini iradəsiz, ikinci dərəcəli vətəndaş kimi görmürsünüz. Belə olan halda, HDP-nin səs verəcəyi prezidentliyə namizədlə danışıqlarının hansı zərəri ola bilər?
Üstəlik, HDP-nin danışıqlar predmeti hələ 2021-ci ilin sentyabrında açıqladığımız 11 bəndlik sənəddə yazılıb. Yəni, bizim istəyimiz gizli tələblər deyil. Bundan əlavə, HDP dəstək qərarı alarsa, cənab Kılıçdaroğlu çox yüksək ehtimalla prezident seçiləcək və siz də vitse-przident olacaqsınız. Digər yandan partiyanız bir neçə nazir vəzifəsinə təyin ediləcək.
Cənab sədr, bu halda mən açıq şəkildə soruşmalıyam:
1. HDP seçicisi kimi mənim səsimi istəyirsiniz? Mənim səsimlə vitse-prezident və nazirlik kreslolarında oturacaqsan, məni necə inandırmaq fikrindəsən? Yeri gəlmişkən xatırlatmaq istərdim ki, yerli seçkilərdə Millət ittifaqının bələdiyyə sədrlərinin qalib gəlməsinə şərait yaradan HDP səslərinə “istəmirəm” deməmisiniz.
2. HDP nazirlik istəməsə də, bəzi dostlarınız “HDP-yə nazirlik verməyəcəyik” deyərək biz HDP seçicilərini incitmiş və kənara qoymuşlar. İndi bu dostlarınız HDP seçicilərinin səsi ilə nazir kürsüsünə oturmağa namizəddirlərsə, bizi inandırmağa ehtiyac yoxdur?
3. HDP demokratik prinsiplərdən başqa heç bir tələb irəli sürmədiyini bəyan etsə də, “CHP HDP ilə dialoq qura bilər, amma güzəştə gedə bilməz, tələbləri bu masaya gətirilə bilməz” dediniz. Demokratikləşmə tələblərini güzəşt kimi görürsünüzmü? Əgər siz hakimiyyətə gəlsəniz və HDP-nin tələbləri sizin masanıza gəlməyəcəksə, bizə hansı masanı məsləhət görürsünüz? Bizi əlli ildir olduğu kimi yenidən “terrorla mübarizə masası”na yönəltməyi düşünürsünüz?
4. HDP də, HDP seçicisi də bərabər danışıqlar istisna olmaqla, bərabərsizlik, aşağılaycı, dominant nöqteyi-nəzərdən yanaşmanı qəbul etməyəcək.
Demokratik siyasət sahəsində problemlərimizi sülh yolu ilə, danışıq yolu ilə həll etməkdən başqa heç bir üsula əl atmırıq. Təklif etdiyiniz başqa üsul varmı?
Cənab Sədr, bütün seçicilər kimi İYİ Partiya ilə HDP seçiciləri də küçədə yan-yana yaşayır, eyni odda qovrulurlar. Seçicilər arasında bir yerdə olmaq problemi olmasa da, mən hesab edirəm ki, siyasi liderlər də cəmiyyətə layiq olmalıdırlar. Bzi hansı şərtlərdə yaşamağımıza baxmayaraq, bərabər, azad və rifah içində yaşayan bir Türkiyəni var etməliyik. İnanıram ki, siz də bu səyə öz töhfənizi verəcəksiniz...".
Samir Musayev
MİA.AZ
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb