"Namus razborkası"nın ŞOK TƏFƏRRÜATLARI - VİDEO

img

07-05-2014 [17:08]


Dünən Azərbaycanda namus ləkəsinin vəhşi "yuyulması" ilə bağlı yaydığımız videokadrlardakı hadisə ilə bağlı təfərrüatları aydınlaşdırdıq.
Milli.Az məlumat əldə edib ki, dəhşətli kadrların çəkildiyi hadisə Tərtər rayonunda ötən ilin iyul ayında törədilib. Döyülən Eldar adlı şəxs dostunun arvadı ilə mobil telefon vasitəsilə yazışıb. Bunu bilən gəlinin qaynı Zaur və qardaşı Ruslan Eldarı meşəyə aparıblar. Orada döyərək videoya çəkiblər.

Tərtər Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elvin Kərimov Milli.Az-a bildirdi ki, həmin işlə bağlı iki nəfər tutulub və hazırda onların işi məhkəmə baxışındadır. Bölmə rəisi əlavə etdi ki, tərəflər arasında ilk olaraq barışıq olmuşdu. Lakin sonradan videonun yayılması zərərçəkmiş tərəfin qəzəbinə səbəb oldu və cinayət işi başlandı.

Anar Məmmədov
Milli.Az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA