AZƏRTAC rəhbəri keçmiş işçisinə əvvəlki sözünü dandı - Qalmaqal böyüyür

img

27-02-2023 [17:57]


AZƏRTAC bu gün intihar edən keçmiş sabiq müxbiri Aygün Əliyeva ilə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, açıqlamada qurum keçmiş müxbirini yenidən işlə təmin etməkdən yayınmadıını bildirib:

Məlumata görə, AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir: “2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, Aygün Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib. Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur".

Məlumatda o deyilir ki, AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır: "Hazırda AZƏRTAC-da kadr islahatları aparılır. Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır. Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir”.

Maraqlıdır ki, Aygün Əliyeva intihar etməzdən əvvəl Azərtac-ın hazırkı sədri ilə görüşdüyünü deyib: "Vüqar əliyev mənə dedi ki, sənin iş karyeranı ləkələməmək üçün əmri dəyişək, amma nə kompensdasiya, nə işə bərpa iddiasından əl çək. Təbii ki, bunu qəbul etmədim".

Maraqlı budur ki, keçmiş işçi intihara əl atandan sonra "Azərtac" rəhbəri "Biz ona iş verməyə ahzır idik" deyir...

Xatırladaq ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb. 

TƏBİB-dən bildirilib ki, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Ləman,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR