Məşhur model onu söyənlərə belə cavab verdi: "Bəli, mən Türkiyəyə, onun mədəniyyətinə alışıq deyiləm..." - FOTOLAR

img

27-02-2023 [00:17]


Bir neçə gün əvvəl yerli TV-lərin birinə müsahibəsində "Mən Türkiyəyə aid deyiləm, bura gələndə, çox darıxıram", - deyən "Miss Türkiyə 2018"in qalibi Şevval Şahin ona qarşı artan etirazlara cavab verib.

Mia.az xəbər verir ki, "Miss Turkey 2018"in qalibi onu söyənləri linç kampaniyası aparmaqda ittiham edib.

Model "İnstagram"dakı səhifəsində yazıb ki, heç kim onun Vətəninə olan sevgisini sorğulaya bilməz: "Əslındə, bu gün gündəm mənim linç olmağım olmamalıdır. Xüsusən ölkəmizin bu günündə enerjimizi dəyərli məsələlərə sərf etməkdənsə, belə bir açıqlamanı vermək mənə ağırdır...

Mənə qarşı lazımsız bir linç kampaniyası aparılır, hər zamankı kimi. Bəli, mən, sadəcə, bir yerə aid deyiləm. Çünki Türkiyədə böyüməmişəm, bura 19 yaşımda gəlmişəm. Amma Türkiyə aşiqi olaraq, bura  köçdüm. Demək istəyirəm ki, mən tam olaraq buranın deyil, oranın mədəniyyətinə, baxış bucağına, cəmiyyətinə daha çox alışmışam".

Xatırladaq ki, Şevval Şahinın "Düzü, burda 3 ay qalanda çox sıxılır, darıxıram. Özümü bu ölkəyə aid hiss etmirəm. İstanbulda özümü həmişə bir turist kimi hiss edirəm...", - sözləri sosial şənbəkənin Türkiyə seqmentində sərt müzakirələrə yol açıb.  Böyük çoxluq ona "bəyənmirsən, çıx get buradan", - mesajı verib.

Ləman,

MİA.AZ
 

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR