Məhkəmə önündə rəzalət; Naməlum şəxslər söyüş-təhqirlərlə povakasiya yaradır

img

07-05-2014 [11:07]



"Nida" vətəndaş hərəkatının üzvlərinə həbs cəzası kəsiləndən sonra alınmış spontan etiraz aksiyasında saxlanılanlardan 14 nəfər artıq Nəsimi rayon məhkəməsinə gətirilib. Əməkdaşımızın verdiyi məlumata görə, məhkəmənin qarşısı polislərlə və mülki geyimli təxribatçılarla doludur. Onlar açıq şəkildə məhkəmə önünə gələnləri küçə söyüşləri ilə təhqir edirlər. Obyektivtv-nin jurnalisti Hüseyn Əzizoğlu mülki geyimli şəxs tərəfindən döyülüb. Onun eynəyi sındırılıb, kamerası əlindən azılıb.  
Məhkəmə önünə heç kəsi buraxmırlar. Təxribatçılar insanları həyasız bir şəkildə təxribata çəkirlər. Hazırda məhkəmə çıxarılacaq şəxslər polis maşınlarının içərisində gözləyirlər.

musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA