Mahsun Kırmızıgül onlara sərt mesaj verdi: "Allah bəlanızı versin"

img

24-02-2023 [15:52]


Məşhur müğənni və rejissor Mahsun Kırmızıgül sosial media hesabından sərt paylaşım edib.

Mia.az xəbər verir ki, o, zəlzələdən sonra ölkədə qiymət və kirayə pullarını artıran fürsətçilərə üsyan edib: 

Bu barədə "Tvitter" hesabında o, belə yazıb: "Xalqımız bir ürək olub bir-birinə kömək edərkən, bəzi acgöz fürsətçilər zəlzələ qurbanlarını "yükləmək"dən utanmırlar. Liftçilər və yükdaşıyanlar 5 dəfə, ev sahibləri kirayə haqqını 3 dəfə artırıb. Bu saat zəlzələdən zərərçəkənlərin fəryadını duyuram. Allah bəlanızı versin".

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR