"Siyasətçiləri daşlayın" deyən məşhur müğənni 12 ailənin bir illik kirayə xərcini öz üzərinə götürdü

img

23-02-2023 [14:33]


Türkiyədəki zəlzələdə evlərindən didərgin düşənlərin bir ilik kirayə haqlarına dəstək olmaq üçün başladılan kampaniyaya daha br məşhur müğənnidən ciddi dəstək gəlib.

MİA.AZ xəbər verir ki, dünən Halk TV-də canl yayımda aparılan yardım kampaniyasına qatılan qalmaqallı məşhur müğənni Yıldız Tilbe 12 ailəni himayəyə götürəcəyinə vəd verib:

"Allah bütün ac-açıqda, küçədə qalanlara yardım etsin. Biz də əlimizdən gələni edək. Mənim bir xahişim var. Mən, 10 və ya 12 ailənin bir illik kirayə haqlarını üzərimə götürürəm. Bunün üçün kirayəyə köçən ailərlə görüşmək, danışmaq istəyirəm. Çünki təkcə kirayələrini deyil, bir il içində başqa ehtiyaclarını da həll etmək istəyirəm".

Xatırladaq ki, Yıldız Tübe ötən həftə siyasətçi v məmurlara ünvanlı çox kəskin tvit atıb. O, Tviter-dəki paylaşımında öldüyü zaman cənazə mərasiminə heç bir siyasətçinin buraxılmamasını vəsiyyət edib: "Öləndə, cənazəmdə bir dənə siyasətçi istəmirəm, gəlməsinlər. Cənazəmə gələrkən dəmir pul böyüklüyündə daşlar qoyun cibinizə. Bir siyasətçi gələrsə, daşlayın...".

Onun bu tvitini aşağıda olduğu kimi təqdim ediirk:

Ləman,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR