"Space" TV-nin bədii rəhbəri vəzifədən getdi

img

23-02-2023 [12:44]


"Space" TV-nin bədii rəhbəri, rejissor İman Məcidov telekanalla yollarını ayırıb.

Axşam.az-ın məlumatına görə, 2006-cı ildən “Space”də çalışan İman Məcidov işdən ayrılmaqla bağlı ərizəsini yazıb.

İman Məcidov saytımıza açıqlamasında xəbəri təsdiqləyib:

“Yeni rəhbərlik gəlib. Öz komandaları var, anlayıram. Sadəcə, mənə bir az gec dedilər. Həm öz xahişimlə oldu, həm də anlaşa bilmədik".

Qeyd edək ki, “Space” TV-nin rəhbəri Əməkdar incəsənət xadimi, kinoprodüser Müşfiq Hətəmov idi. Fevralın 7-də bu vəzifəyə "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin təyin olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA