Aktrisa məşhur aktyorun ölən qızından yazdı: "Şəhərlər ağlayır, mən necə ağlamayım?!"

img

22-02-2023 [22:09]


Xəbər verdiyimiz kimi, məşhur aktyor Orhan Aydının qızı və keçmiş həyat yoldaşı Hatayda baş verən zəlzələdə çökən binanın altında qalaraq həyatları ilə vidalaşıb.

Mia.az xəbər verir ki, hadisə vaxtı Orhan Aydın "Tvitter" hesabından belə bir paylaşım etmişdi: "Ayşe Fitnaz küçəsi 5. Hatayın mərkəzi. Ev çökmüş, qızım və anası dağıntıların altına qalıb, İmdad...!"

Zəlzələdən 6 gün sonra aktrisa olan qızı və arvadı dağıntılar altından çıxarılaraq dəfn olunsa da, bu acı paylaşım hələ də sosial şəbəkələrdə böyük kədərlə müzakirə olunur.

Bu gün tanınmış aktrisa Mine Tugay da həm məsləkdaş, həm də yaxın rəfiqəsi olan Eylem Aydın Şafakla bağlı paylaşım edib: "Şeirlərin, məktubların, hüznlərin, umudların, üsyanların, gülüşlərin hamısı qəlbimdə, hamısı mənə əmanətdir bacım... Göz yaşım ol, istəməzdim. Hirslənmə. Şəhərlər ağlayır, mən necə ağlamayım?".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR