Bloqerlə müxbir dalaşdı: "Ən son söz soxacağın adam mənəm..."

img

21-02-2023 [12:14]


Türkiyədəki zəlzələdən sonra yardım paylaşımları ilə daha çox yadda qalan sosial şəbəkə fenomeni, bloqer Danla Bilic dünəın axşam restorandan çıxarkən onun görünütülərini çəkən "Beyaz TV"nin müxbiri ilə "dalaşıb".

Mia.az xəbər verir ki, bu barədə onun özü "instagram"da paylaşım edib.

O, restorandan çıxarkən müxbirin "Maşallah, çox yaxşısınız, bu ağır günləri də arxada qoyarsınız", - sözlərinə qəzəbli cavab verib: "Söz soxacağın son insan mənəm...".

O anları "Instagram" hesabından paylaşan Danla Bilic yazıb: "Reportajı "Beyaz TV" yayınlamadan mən yayınlayım. Cavabdehlərə uzada bilmədiyiniz mikrofonları bizə uzadıb ahkam kəsməməyi öyrənəcəksiniz! Sırası deyil deməm gərəkən hər şeyə tam sırası deyirəm, unutmamaq üçün. Bir tərəfiniz yeyirsə, bu sualları aidiyyatı olanlara verin, yoxsa bir işin ucundan tutmağa çalışana deyil. Bu saatdan sonra heç bir şey əvvəlki kmi deyil..."

Xatırladaq ki, Danla Bilic Beykent Universitetinin "Psikologiya" fakültəsinin 2-cı kurs tələbəsiddir.

Əsl adı Neslihan Damla Akdemir bloqer sosial şəbəkədə əsasən makyaj videoları ilə böyük bir izləyici kütləsi toplayıb.

O, aktyor Kubilayla nişanldır.

Ləman,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR