Mədəniyyət Nazirliyinin mətbuat katibi vəzifədən azad olunub (Yenilənib)

img

22-02-2023 [13:19]


Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

Məlumata görə, N.Allahyarova həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də çıxarılıb.

***

Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova vəzifədən çıxarılıb.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, nazirliyin yeni rəhbərliyi həmin posta yeni kadr axtarmağa başlayıb.

Məlumata görə, N.Allahyarovanın işdən çıxarılması ilə bağlı hələlik rəsmi əmr yoxdur. O, nazirliklə yollarının ayrılacağını dəqiqləşdirdikdən sonra öz hesabına 3 aylıq məzuniyyət götürüb.

Məsələni dəqiqləşdirmək üçün N.Allahyarova ilə danışmaq cəhdləri alınmayıb, o, heç bir zəngə cavab verməyib.

Nazirlikdən aldığımız məlumatda isə bildirilib ki, o, hazırda öz xidməti otağındadır, lakin sabahdan işdə olmayacaq.

Qeyd edək ki, N. Allahyarova ötən ilin fevralında sabiq mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə nazirlikdə vəzifəyə təyin olunmuşdu.

Anar Kərimov dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq