Blinken Ankarada Ərdoğanla görüşüb: "Türkiyəni tək qoymayacağıq" (Yenilənib)
20-02-2023 [10:34]
ABŞ dövlət katibi Entoni Blinken bu gün Ankarada Prezident Ərdoğanla görüşüb.
Mia.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətlər ətrafında müzakirə aparıblar.
Dövlərt katibi Ərdoğana zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib və ölkəsinin əlavə yardıma da hazır olduğunu deyib.
***
Dünən Almaniyadan birbaşa Türkiyənin İncirlikdəki ABŞ hərbi bazasına eniş edən və orada həmkarı Çavuşoğlu ilə birgə zəlzələ bölgəsini dolaşan dövlət katibi Entoni Blinken bu gün Ankaraya yollanıb.
Mia.az NTV-yə istiandla xəbər verir ki, o. bu barədə Tviter-dəki səhifəsində paylaşım edib.
Blinken deyib ki, zəlzələnin yaratdığı dəhşətli fəlakətin bir hissəsini gözləri ilə görüb: "Bunu sözlə ifadə etmək mümkün deyil. Bu zəlzələdən təsirlənən milyonlarla insan var, biz hələ də bu fəlakətin nə qədər əhatəsinin böyük olduğunu tam bilmirik. Amma bildiyimiz odur ki, Türkiyəni tək qoymayacağıq, Əlimizdən gələn hər köməyio göstərəcəyik".
Blinken zəlzələnin ilk günü 200 nəfərlik xilasetmə qrupu və təlimli itlər göndərdiklərini, eyni zamanda, Türkiyəyə həm pul, həm də digər formada texniki dəstəklər verdiklərini də sözlərinə əlavə edib: "Bu dəstəklərimiz davam edəcək".
Türkiyə mətbuatı isə yazır ki, ABŞ Dövlət katibi bu gün Ankarada prezident Ərdoğanla görüşdən sonra XİN başçısı Çavuşoğlu ilə birgə brifinq keçirəcək və orada mətbuata daha geniş məlumatlar verəcək.
Onu da qeyd edək Ki, ABŞ Türkiyə və Suriyadakı zəlzələyə görə hər iki ölkəyə ümumilikdə 100 milyon dollar vəsait də ayırıb.
Samir MUSAYEV
MİA.AZ
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb