Deputat: "Qanunlar medianın "MTN generalları" kimi şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır"

img

17-02-2023 [13:43]


“MTN generallarından birinin milyonlarla əmlakı qaytarıldı. Qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır”.

Mia.az-ın məlumatına görə, bu  sözləri Milli Məclisin bugünkü iclasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bundan başqa, digər məsələ müstəqil medianın reytinqinin ölçülməsi ilə bağlı nəzərdə tutulan cərimədir. "Müstəqil media orqanı öz reytinqinin ölçülməsində maraqlı olmaya bilər. Bu hala görə cərimə müəyyənləşdirilməsi düzgün deyil. Bu halın büdcədən maliyyələşdirilən audiovizual media orqanlarına şamil edilməsi yaxşı olardı”.

APA-nın xəbərinə görə, hər hansı cərimənin ağırlaşdırılmadığını söyləyən Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, media orqanlarının məhsulunun yayılmasına məqsədyönlü şəkildə mane olmağa görə cərimələr müəyyənləşdirilir: “Jurnalist fəaliyyətinə mane olmağa görə də cərimə müəyyənləşir. Nəyə görə buna qarşı çıxılmalıdır? O cümlədən mediaya vergilərlə bağlı güzəştlər edilir. Bütün bunlar ancaq təqdir olunmalıdır”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq