Yunanıstanın baş naziri Türkiyəyə meydan oxudu: "Savaşdan qorxmuruq, ancaq..."

img

01-02-2023 [19:16]


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yaponiyada “Nikkei Asia” nəşrinə müsahibə verib.

Mia.az xəbər verir ki, Mitsotakisə verilən suallar arasında Yunanıstan - Türkiyə münasibətləri barədə daha diqqət çəkən olub.

Baş nazir deyib ki, NATO ölkəsi oklmasına baxmayaraq, Türkiyə ilə bir çox məsələlərdə nəinki onlar, hətta müttəfiq ölkələrin əksəriyyəti də anlaşa bilmir: "Türkiyənin Ukrayna siyasətinə diqqət edin. Ankara Rusiyaya qarşı sanksiyalara qatılmır, bu prosesdə iştirak etmir. Bitrərəf qaldığını deməklə, Rusiya ilə xüsusi iqtisadi əlaqələrdən çox faydalanıb. Türkiyənin bu davranışı bir çox NATO üzvündə məyusluq və narahatlığa səbəb olub. Əgər siz NATO üzvüsünüzsə, bitərəf qala bilməzsiniz".

Türkiyə ilə Yunanıstan arasında yaşanan hazırkı gərginliyə də toxunan Miçotakis sözlərini belə davam etdirib: "Türkiyə ilə müharibə ehtimalından narahat deyiləm. Onlardan çəkinmir, qorxmuruq. Məni əsas narahat edən odur ki, son bir neçə ildə Türkiyənin xarici siyasəti daha çox aqressivləşib. Məncə, bunun Ukraynadakı savaşla üst-üstə düşməsi təsadüfi deyil".

Mitsotakis Türkiyədə hazırda Yunanıstana qarşı ucalan  səslərin çoxunu seçki ilə əlaqələndirb: "Təbii, bunun bəziləri seçkiqabağı ritorikadan qaynaqlanır. Amma bütün bu cür çıxışlar, müharibə anonslarının Türkiyənin ictimai rəyini zəhərləyəcəyindən narahatam".

Yunan Baş nazir Ukrayna savaşından da danışaraq, Kiyevi dəstəklədiklərini, ancaq onlara "Leopard 2" tankları verməyəcəklərini bəyan edib: "Çünki bizim çox sadə səbəbimiz var. O tanklar bizim öz müdafiə strategiyamız üçün son dərəcə zəruridir. Biz həmişə demişik: biz Ukraynanı dəstəkləyirk, ancaq silahlarımız həssas bölgəmiz üçün özümüzə çox lazımdır".

Onu da qeyd edək ki, Yunanıstan 350 Leopard-2 və 500 Leopard-1 tankı ilə Avropada ən çox "Leopard"a sahib ölkədir. Afina daha əvvəl Rusiya istehsalı olan S-300 raketdən müdafiə sistemlərini də Ukraynaya göndərməkdən imtina edib.

Samir,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR