Vasif Talıbovun bacısının həyat yoldaşı partiya sədrini hədələyib - Pul qalmaqalı

img

01-02-2023 [15:15]


Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yüksək vəzifədə işləyən yaxın qohumlarının əməllərindən zərər çəkən çoxlu sayda vətəndaşların Naxçıvan Daxili İşlər Nazirliyi və DTX-ya şikayət məzmunlu müraciətləri davam edir.

Mia.az Azinforum.az-a istinadla xəbər verir ki, son zamanlara kimi Naxçıvan daxili işlər nazirinin müavini olmuş, Vasif Talıbovun bacısının həyat yoldaşı , general-mayor Səbuhi Novruzovdan da çoxlu sayda vətəndaşın rəsmən şikayət edib.

Onun əməllərindən zərərçəkənlərdən biri də Milli Həmrəylik Partiyasının sədr müavini Ramin Qasımovdur. Zərərçəkən bizə açıqlamasında bildirib ki, onun Naxçıvanda proqram təminatı və kamera mühafizə üzrə ixtisaslaşan şirkəti olub:

“Naxçıvanın bir çox iri müəsissələri, ticarət mərkəzləri, restoranları, şəxsi villalarda bu işi bizim şirkət yüksək keyfiyyətlə görüb. Uzun illərdi orada bu sahə üzrə fəaliyyət göstəririk. Vasif Talıbovun yaxın qohumu olan – Səbuhi Novruzov 2018- ci ildə özünə məxsus olav “SV” adlı restoranda bizim şirkətə ümumi məbləği 13.200 manat dəyərində olan iş gördürdü. Bunun müqabilində mənə 1200 və 700 manat olmaqla cəmi iki dəfə ödəniş etdi. Sonra mən ondan 11.300 manat qalıq borcu ala bilmədim. Dəfələrlə onun işlədiyi nazirliyə getdim. Axırda mənə bu məzmunda xəbərdarlıq etdi: “Yaman tez-tez İrana gedib gəlirsən, “podvalımız” genişdi, istiyirsən səni salım ora, bir az ağıllan. Bir sözlə, mən ondan pulumu ala bilmədim. Bu məzmunda şikayətimlə bağlı yeni təyin olunan nazirin qəbulunda olmuşam. Ümidvaram ki, şikayətimə obyektiv baxılacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı