İki polis zabiti dəm qazından boğularaq ölüb

img

09-01-2023 [10:54]


Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

DİN-in mətbuat xidmətindən Mia.az-a bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", - məlumatda qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA