Bakıya sabah da qar yağacaq, yollar buz bağlayacaq

img

09-01-2023 [13:37]


Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA