Naxçıvan DİN-ə yeni avtomobillər verilib

img

08-01-2023 [15:35]


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 9 yeni xidməti avtomobil təqdim edilib.

Mia.az xəbər verir ki, 1 ədəd “Toyota Land Cruiser” markalı avtomobil rəhbər heyət, 6 ədəd “Fiat Doblo” markalı avtomobil post-patrul və 2 ədəd “BMW” markalı avtomobil isə yol-patrul xidməti üçün nəzərdə tutulub.

Qeyd edək ki, post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA