Yeni nazir 74 ordubadlını qəbul etdi - VİDEO

img

04-01-2023 [11:49]


Naxçıvan Muxtar Respublikasının yeni təyin edilən daxili işlər naziri Süleyman Nemətov Ordubadda vətəndaşları qəbul edib.

Mia.az Baku TV-yə istinadla xəbər verir ki, qəbulda bütün müraciətlər diqqətlə yoxlanılıb, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülüb. 

74 vətəndaşı dinləyən Süleyman Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə həllini tapıb.

Araşdırma tələb edənlərin isə mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək. 

Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib ki, nazirin qəbulu bundan sonra da davam etdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA