Səhiyyə naziri “Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi” barədə qərar verib

img

28-12-2022 [14:05]


“Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi”ndə dəyişiklik edilib.

Məlumata görə, bununla bağlı səhiyyə naziri müvafiq qərar imzalayıb.

Belə ki, “Pulsuz müalicə-profilaktik yeməklərin rasionu və vitaminli preparatların tərkibi”nə aşağıdakı məzmunda əlavə edilib:

Qara metallurgiya istehsalı sahəsində vitaminli preparatların tərkibi:

A vitamini – 2 mq

B1 vitamini (tiamin) – 3 mq

B2 vitamini (riboflavin) – 3 mq

Yeyinti sənayesi istehsalı sahəsində vitaminli preparatların tərkibi:

çörək bişirmə istehsalı sahəsi üzrə:

C vitamini (askorbin turşusu) – 150 mq

PP vitamini (niasin turşusu) – 20 mq

tütün-maxorka istehsalı və tütün-maxorka tozundan nikotin istehsalı sahələri üzrə:

B1 vitamini (tiamin) – 2 mq

C vitamini (askorbin turşusu) – 150 mq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA