İdarə rəisi vəzifədən çıxarıldı - Gömrükdə daha bir dəyişiklik

img

27-12-2022 [12:27]


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

Bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur/unikal.org.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR