Naxçıvan Dövlət Universitetində beynəlxalq simpozium keçirilir
26-12-2022 [20:35]
26-27 dekabr 2022-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində "Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Mia.az xəbər verir ki, beynəlxalq simpoziumun plenar iclasında Naxçıvan Dövlət Universitetinin rektoru Dos.Dr. Elbrus İsayev beynəlxalq simpoziumun iştirakçılarını salamlayaraq, simpoziumun işinə uğurlar arzulayıb.
Bildirib ki, Texnoparklar ali təhsil modelinin hərəkətverici qüvvəsidir. Texnoparkların inkişafı məqsədilə ölkəmizdə mühüm tədbirlər həyata keçirilir: "Bunlar imkan verir ki, insan kapitalı inkişaf etsin və ali təhsil şəbəkəsində yeni keyfiyyət mərhələsini təşkil etsin".
Rektor qeyd edib ki, beynəlxalq təcrübədə Texnoparklar mühüm rola malikdir: "Universitet ərazisində 2020- ci ildən etibarən, iki hektar sahədə Texnopark tikilir və bu sahədəki təcrübənin öyrənilməsində qardaş Türkiyə Universitetlərinin rolunu yüksək dəyərləndirir".
Beynəlxalq simpoziumda İstanbul Texnik Universitetinin prorektoru Bülent Güloğlu simpoziumun yüksək elmi və iqtisadi əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, elmi araşdırmaların nəticələrinin istehslata səmərəli tətbiqi məhz Texnoparklar vasitəsilə mümkündür ki, bu sahədə də bizim universitetin böyük təcrübəsi var. Artıq yeni 2023-cü ildən daha dəqiq hədəflərimizin olduğunu bildirən natiq qarşılıqlı əməkdaşlığın önəmini ifadə edib.
Düzce universitetinin prorektoru, prof. Dr. İlhan Genc çıxışında qeyd etdi ki, Düzce universitetində 2010-cu ildə Texnopark qurulub: "Biz bununla, universitetlə sənaye işbirliyinin önəmini yüksək dəyərləndiririk. Biz bu proseslərdə əsas məqsəd olaraq, sənaye bölməsinə universitet bilgilərini vermək istəyirik ki, burada da Texnopark imkanları böyük olacaq".
Natiq bildirib ki, Naxçıvan Dövlət Universitetində Texnopark quruculuğu proseslərinə hərtərəfli dəstək olmağa hazırıq.
Sonra Beynəlxalq Simpoziumda çıxışlar başlanıb.
İstanbul Texnik Universitetinin ARI Texnologiyalar Parkının müdiri Dos. Dr Dəniz Tunçalp, Naxçıvan Dövlət Universitetinin professoru Teymur Abbasov və Düzce Universitetinin Texnologiyalar Parkının müdiri Dos. Dr. Özkan Şahinin müxtəlif mövzular üzrə çıxışları olub.
Beynəlxalq simpoziumun əlamətdar cəhətlərindən biri o idi ki, qardaş Türkiyə Cümhuriyyətinin adları qeyd olunan ali məktəblərində fəaliyyət göstərən Texnoparkların müdirləri də iştirak və çıxış edibdilər.
Onlar, iqtisadi inkişafın hazırkı mərhələsində Naxçıvan Dövlət Universitetinin bu sahədəki fəaliyyətini yüksək dəyərləndirməklə, yaxın gələcəkdə elm və təhsilin məhz bu müstəvidə daha yüksən uğurlar gətirəcəyinə əmin olduqlarını vurğulayıblar.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var