Dövlət qulluğu ilə bağlı imtahan proqramında dəyişiklik olunub

img

26-12-2022 [13:54]


Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu ilə bağlı test imtahanlarının proqramında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dövlət qulluğuna qəbul məqsədilə gələn ildən etibarən keçiriləcək test imtahanlarının İnformasiya texnologiyaları üzrə proqramında müəyyən dəyişiklik edilib.

Belə ki, Microsoft Office paketinin "Office 2010" versiyası "Office 2019" versiyası ilə əvəzlənib.

Namizədlərə elmi-metodik kömək məqsədi ilə yaxın vaxtlarda DİM-in çap etdiyi “İnformatika” vəsaitinin yenilənmiş nəşrinə "Office 2019" versiyasına aid müvafiq mövzular daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA