Polis rəisi jurnalistin döyülməsindən danışdı

img

30-04-2014 [19:29]



Jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Mia.az xəbər verir ki, bu haqda  APA-ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Hüseynov məlumat verib. 

Bölmə rəisinin dediyinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, "Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA