Nazirlik Naxçıvan Səhiyyə Nazirliyinə müraciət etdi - Həkim göndərişləri ilə bağlı
19-12-2022 [11:09]
Səhiyyə Nazirliyində 2022-ci ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.
Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, təyinat nazirlik kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb. Həkim-mütəxəssislərin təyinatı onların ailə vəziyyəti, daimi yaşayış yeri, onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsi, müvəffəqiyyət göstəriciləri (yekun attestasiyanın nəticələri) nəzərə alınmaqla həyata keçirilib:
"Təyinatda dövlət sifarişi əsasında rezidentura təhsili almış 214 həkim-mütəxəssis iştirak edib.
Həkim-mütəxəssislərin bir hissəsi bölgələrdə işləməyə üstünlük veriblər. Əksəriyyəti isə Bakı şəhərində yerləşən tibb müəssisələrini, o cümlədən Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, Milli Onkologiya Mərkəzi, Mərkəzi Klinika, V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Respublika Klinik Xəstəxana, Respublika Uşaq Klinik Xəstəxanası, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, QİÇS-lə mübarizə Mərkəzini, eyni zamanda Bakı şəhəri üzrə digər tibb mərkəzlərindəki vakant həkim vəzifələrini seçiblər və onlara həmin tibb müəssisələrinə göndəriş verilib.
Naxçıvan Muxtar Respublikasında yaşayan həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə müraciət olunub.
Qanunvericiliyə uyğun olaraq, təyinat üzrə iş yerlərinə göndəriş verilən həkim-mütəxəssislər əmək fəaliyyətlərini 3 il müddətində həmin tibb müəssisəsində davam etdirməlidirlər.
Növbəti tədris ilindən etibarən təyinatın elektron xidmət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən normativ sənəd layihəsi hazırlanıb və təsdiq olunduqdan sonra tətbiq ediləcək".
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var