Milli Məclisin işçi qrupları xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb - Laçın yolundakı aksiya ilə bağlı
17-12-2022 [14:13]
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, o cümlədən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən xarici ölkə parlamentlərindəki həmkarlarına Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı məktublar ünvanlanıb.
Mia.az xəbər verir ki, məktublarda Ermənistan tərəfindən Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki təbii sərvətlərin qanunsuz şəkildə istismar edilərək, Laçın yolu vasitəsilə Ermənistana daşınmasına, Azərbaycanın aidiyyəti dövlət qurumları nümayəndələrinin faydalı qazıntı yataqlarının yerləşdiyi ərazilərə səfərinin əngəllənməsinə cavab olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyasına başladıqları bildirilib.
Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu vurğulanaraq, Laçın yolundakı məhdudiyyətlərin azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən yaradıldığı, etiraz aksiyasının məqsədinin yolun bağlanması deyil, talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısının alınması olduğu, mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmədiyi qeyd edilib.
Məktublarda həmçinin Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, Laçın yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə etdiyi, bununla da Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirdiyi diqqətə çatdırılıb. Ermənistanın bu cür qanunsuz fəaliyyətləri ilə bağlı obyektiv məlumatlandırmanın zəruriliyi xüsusilə vurğulanıb.
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."
Şəmkirdə evə basqın eədn iki nəfər saxlanıldı
Saytlar nədən çökdü və ya... - Osman Gündüz yazır
Bakı Şəhər İcra Hakimiyyəti hər bir rayona cavabdeh şəxs təyin edib - İcra başçılarına nəzarət olunacaq
Azərbaycan nefti cüzi bahalaşdı
İstanbulda şok: 21 məhəllə karantinə alındı
DÇ-2026: İspaniya yığması ilk qolunu Türkiyədən "yedi"
Tramp Ağ Evdə vəliəhdlə bir arada: "Sizə satacağımız F-35-lər İsrailə verdiyimizlə eyni olacaq"
Türkiyədə mərc oyunları: 4 hakim saxlanıldı