VİLAYƏT EYVAZOVA YENİ MÜAVİN TƏYİN OLUNDU - Bir general getdi, digəri gəldi (FOTO)

img

17-12-2022 [13:04]


Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov təqaüd göndərilib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildiirb ki, digər sərəncamla Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov daxili işlər nazirinin yeni müavini təyin olunub.

Qeyd edək ki, dekabrın 7-də O.Zalovun 70 yaşı tamam olub. O, dekabrın 8-də 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA