Ermənistan Rusiya hərbi kontingentindən təzyiq vasitəsi kimi istifadə edir - Kamal Salayev yazır
16-12-2022 [19:57]
Kamal Salayev,
AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
****
Qarabağda Ermənistanın təxribatı yenidən davam edir. Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin doğruluq göstəricisinin olduqca az olması erməni millətçilərinin məqsədyönlü şəkildə törətdiyi təxribatların yeni mərhələdə davam etməsi deməkdir.
Minalanmış ərazilərin təmizlənməsi külli miqdarda vəsaitin və vaxtın sərf olunmasına gətirib çıxarır ki, bütün bunlar da böyük qayıdış prosesini ləngidir. Minaların təmizlənməsi zamanı hərbçilər minaya düşərək həlak olurlar. Belə bir halda dünya ictimaiyyəti susmamalı, əksinə kütləvi şəkildə öz etirazını dilə gətirərək Ermənistana qarşı təzyiqləri artırmalıdır.
Ermənistanın təxribatına dair digər bir məqam isə Qarabağda yerləşdirilən rusiyalı “sülhməramlılar”ın heç də sülh tərəfdarı kimi davranmamalarıdır. “Sülhməramlılar”ın Qarabağa təyin olunduqları müddət ərzində regionda ciddi pozuntu halları müşahidə olunub ki, bu da bir növ erməni vandalizminin sübutudur. Çünki insanlıqdan kənar olan bu cür davranışlar yalnız erməni vandalizminə xas ola bilər. Həqiqət onu göstərdi ki, Qarabağdakı “sülhməramlılar” əslində erməni revanşistlərinə onların istədikləri şəraiti yaradırlar. Azərbaycanlı mütəxəssislərin Qızılbulaq və Dəmirli mədənlərinə “sülhmərmalılar” tərəfindən buraxılmaması açıq-aşkar Ermənistanın Azərbaycanın təbii sərvətlərini ələ keçirmək üçün atdığı düşünülmüş addımdan xəbər verir. Belə olduğu halda isə Azərbaycan ictimaiyyəti bu haqsızlığa göz yummayaraq öz etirazını aksiyalarla bildirməyə davam edir. Laçın-Şuşa yolundakı aksiyada iştirak edən Azərbaycan könüllüləri ilə yanaşı, ekoloqların, qeyri-hökumət təşkilatlarından olan nümayəndələrin və jurnalistlərin də onlarla bir amal uğrunda birləşməsi Ermənistana Azərbaycanın dəmir yumruğunun yenidən yerində olması mesajını verir.
Erməni mətbuatı keçirilən aksiya ilə bağlı feyk xəbərlər və məlumatlar paylaşaraq guya Azərbaycanın aksiya keçirilən zonada yolu bağlamasını qeyd edir ki, bu da açıq-aşkar dezinformasiyadır. Aksiya iştirakçıları sadəcə hazırkı vəziyyətdən xəbərdar olmaq üçün Azərbaycanın təbii sərvətləri sırasında yer alan - Qızılbulaq qızıl mədən yatağına və Dəmirli mis-molibden yatağına daxil olmaq istəyirlər. Ermənistan isə həmişə olduğu kimi bu dəfə də Azərbaycana qarşı təxribatlar törədərək feyk xəbərlərlə böhtanlar yağdırmağa davam edir.
Qeyd etmək lazımdır ki, Qarabağdakı “sülhməramlılar”ın davranışları tanınmış ekspertlərin diqqətindən də kənarda qalmır və onlar məsələ ilə bağlı öz fikirlərini caliber.az informasiya agentliyinə bildiriblər.
Rusiyalı ekspert Aleksandr Jukovskinin qənaətinə görə, rusiyalı “sülhməramlılar” qoyulan qaydalara, əldə olunan razılıqlara məhəl qoymayaraq vəziyyəti çətinləşdirirlər ki, bu da Rusiya tərəfindən kortəbii davranış təəssüratını yaradır. A.Jukovski, mərkəzin baxışlarının və siyasətinin qeyri-müəyyən olduğunu və onların bunu başa düşmədiyini qeyd edib. Gürcü politoloqu Gela Vasadzenin qənaətinə görə, Rusiya hərbi kontingentinin Azərbaycanda erməni əhalisinin yaşadığı ərazilərə nəzarət etməsi, hərbi kontingentin Bakı üzərində təzyiq vasitəsi kimi saxlamaq üçün düşünülmüş ümumi planın bir elementidir. “Biz gördüklərimizi görürük. Fərqli ola bilərmi? Əgər kimsə Volkovun müstəqil fiqur ola biləcəyi təəssüratına malikdirsə, o, dərindən səhv edir”, - deyə G.Vasadze bildirib.
Qazaxıstanlı politoloq Nurlan Munbayevin qənaətinə görə, Qarabağdakı Rusiya “sülhməramlılar”ının erməni separatçılarına qarşı laqeydliyi, o cümlədən Qazaxıstan cəmiyyətində ciddi narahatlıq doğurur və bu, Rusiyanın regionda sülhməramlı qüvvələrinin birbaşa vəzifə və funksiyalarının pozulmasından başqa bir şey deyildir. N.Munbayevin sözlərinə görə, Rusiya “sülhməramlılar”ının hərəkətləri istər-istəməz təəccüblənməyə vadar edir.
“Rusiyanın siyasi qruplarının ambisiyalarına son qoymaq və ona başqa bir dövlətin daxili işlərinə qarışmamaq prinsiplərini xatırlatmaq lazımdır. Müvafiq olaraq, Azərbaycan ərazisində olan bütün sərvətlər ölkənin xalqına və gələcək nəslinə məxsusdur. Mümkündür ki, Rusiya sülhməramlılarının Azərbaycan yataqlarında qoyduğu maneələr strateji xarakter daşıyır və çox güman ki, bunun arxasında başqa dövlətin hərbi-iqtisadi maraqları dayanır”, - deyə N.Munbayev bildirib.
Sonda belə bir nəticəyə gələrək hesab edirik ki, Rusiya hərbi kontingenti danışıqlar zamanı əldə olunan razılıqlara əməl etməli, Rusiya hərbi kontingentinin köməyindən öz məkrli məqsədi üçün istifadə edən Ermənistan isə Azərbaycanın təbii sərvətlərini talan etmək niyyətindən əl çəkməlidir.
Xatırlatmaq istəyirik ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən qalib çıxan ölkədir və bu müharibənin məntiqi yekunu olaraq Azərbaycanla Rusiya və Ermənistanın arasında “üçtərəfli bəyanat” imzalandı. Azərbaycan öz hüquqlarını yaxşı bilir. Ermənistan isə hələ də Rusiya hərbi kontingentinin köməyindən istifadə edərək qaydaları pozmağa davam edir.
Mia.az
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı