Bu gün Şuşa, Kəlbəcər və Laçına qar yağacaq

img

16-12-2022 [14:16]


Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı axşamdan 17-si gecəyədək qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz, lakin gecəyə doğru az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Arabir duman, qərb küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2-4° şaxta olacaq.

Dekabrın 16-dan 17-nə keçən gecə az qar yağacağı, səhərə doğru kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman, qərb küləyi 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də hava əsasən yağmursuz, arabir duman, şərq küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA