Nişanlı qız intihardan 2 gün əvvəl başqa oğlanla qaçıbmış

img

30-04-2014 [15:39]


Aprelin 28-də Saatlı rayonundakı Mustafabəyli kənd sakini, 18 yaşlı Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı həyətdə özünü ağacdan asıb. Ancaq onun atası tərəfindən öldürülərək asıldığı da ehtimal olunur.

Atası isə bu məlumatı inkar edib. Paytaxta fəaliyyət göstərən hüquq müdafiəçilərinə çatan xəbərlərə görə, Rəmziyyə Şəmmədova ölümündən iki gün əvvəl Sabirabad sakini olan sevdiyi oğlanla qaçıbmış. Daha sonra evlərinə qayıdan qız atası və qardaşı tərəfindən qəddarlıqla döyülüb. Qızın ailənin zorakı təzyiqlərinə dözməyərək özünü asdığı deyilir. Rayon polislərinin qızın atasını yasa görə sərbəst buraxdığı iddia olunur(teleqraf.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA