Fikrət Məmmədov ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib, tapşırıqlar verib
14-12-2022 [16:45]
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov dekabrın 14-də Qobustan rayonunda vətəndaşların qəbulunu həyata keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Qobustan, Şamaxı, Ağsu və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilərək qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib.
Bu zaman Vətən müharibəsi iştirakçılarının qayğılarına xüsusi həssaslıqla yanaşılıb.
Vətəndaşlar onların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri Qobustan rayon icra və probasiya, qeydiyyat və notariat qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, rayon məhkəməsinə baş çəkib, müvafiq tapşırıq və tövsiyələr verib.
Yerli ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirilərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlardan, ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərdən danışılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Nazir ədliyyə orqanlarının işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin olunması, məhkəmə qərarlarının və cəzaların icrası işinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib.
Eyni zamanda, məhkəmə fəaliyyətində şəffaflığın, ictimai etimadın yüksəldilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi qeyd edilib.
Almaniyada 250 kiloluq bomba aşkarlanıb, 400 metr radiusda təxliyə həyata keçirilir
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah Bakıətrafı ərazilərdə yollar buz bağlayacaq - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu
Bakıda bu ərazilərdə işıq müvəqqəti olmayacaq
BURAXILIŞ və QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI
Bakıda yeniyetmə dəm qazından boğulub
SOCAR AFRİKADA NEFT-QAZ YATAĞINDAN PAY ALDI - Saziş imzalandı
Avropa Liqası: "Fənərbaxça” İstanbulda “Aston Villa”nı qəbul edəcək
SABİQ NAZİRLƏ İCRA BAŞÇISININ ƏMLAKLARI HƏRRACA ÇIXARILDI: bahalı mənzil və maşınlar... - SİYAHI
"Qalatasaray"ın baş məşqçisi: "1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"
İlham Əliyev "Qarabağ"ı təbrik etdi, hakimləri isə... - "Birinci dəfə deyil ki, hakimlər ədalətsiz və qərəzli qərarları ilə..."
Azərbaycan nefti ucuzlaşdı - Bir dollardan çox
Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Saatlıda iki nəfər narkotiklə tutulub
QƏRB DÜNYASI PARÇALANIR: Tramp geri addım atdı, Avropa isə "Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik" mesajını verir
"Təhsil haqqında" qanuna dəyişiklik olunacaq
QOCALMANIN QARŞISINI ALAN PEYVƏND İCAD EDİLDİ - 3800 nəfərin üzərində uğurla sınaqdan çıxarılıb
"Liverpula böyük inamla yollanacağıq" - Qurban Qurbanov
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün dəstək istədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslər dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib