Sabah hava necə olacaq? - Proqnoz

img

14-12-2022 [13:55]


Bakıda və Abşeron yarımadasında dekabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA