DİN: Salyanda ahıl kişi küt alətlə, arvadı isə kəndirlə boğularaq öldürülüb

img

30-04-2014 [13:31]


Daxili İşlər Nazirliyi Salyanda ahıl ər və arvadın hansı şəraitdə öldürüldüyünü açıqlayıb.

Salyan rayonunun Kürqaraqaşlı kəndinin ərazisində rayon sakini Zəkrulla Rəcəbovun küt alətlə, arvadı Gülnarə isə kəndirlə boğularaq öldürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum qətl hadisəsi ilə bağlıAPAötən gün məlumat yayıb.

Həmin məlumata görə, Salyan rayonunun Kürqaraqaşlı kənd sakinləri, 1939-cu il təvəllüdlü Zəkulla Nəzər oğlu Rəcəbov və onun həyat yoldaşı, 1940-cı il təvəllüdlü Gülnarə Emrul qızı Rəcəbovanın yaşadıqları evdə qətlə yetirilmiş meyitləri tapılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA