Sabah hava necə olacaq? - Proqnoz

img

13-12-2022 [12:47]


Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq.

Mia.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Həmçinin cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq. Nisbi rütubət isə 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava, əsasən, yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA