Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-12-2022 [00:03]
Qoç - günün ilk yarısında səyahət, səfər və ya alış-veriş fikrini unudun. Bədxərclik etməyin. Maliyyə məsələləri və perspektivlər müzakirə olunarkən hər sözə inanmayın. Borc almayın və borc verməyin. Verilən pulun qaytarılma ehtimalı azdır. Kirayədə yaşayırsınızsa, günün ikinci yarısında ev sahibi ilə söhbət qaçılmaz olacaq. Axşam saatlarına yaxın fiziki və mənəvi durumunuz ailənizdəki vəziyyətə birbaşa təsir edəcək. Ailə üzvlərinə nəyisə sübut etməyə çalışmaq fikrinə düşəndə, sadəcə, susun.
Buğa - qəfil situasiyalar yaranacaq. İnandığınız, etibar etdiyiniz insan əsla gözləmədiyiniz hərəkəti edə bilər. Onun davranışını yaxşı tanımadığınız insanlarla müzakirə etməyin. Ola bilər ki, belə davranışın gerçək səbəblərini bilmirsiniz.
Günün ikinci yarısında ailədə problemlər yaranacaq. Gərginlikdən çıxış yolları arayın. Problemlərin səbəbindən hali olun. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Əkizlər - günün ilk yarısında görəcəyiniz işləri əvvəlcədən planlaşdırın. Nizamlı fəaliyyət yaxşı nəticələrə nail olmağınızın rəhnidir. Diqqətsizlik və unutqanlıq ciddi problemlər yarada bilər. Alış-verişdə bədxərclik etməyin. Gərəkdiyindən artıq mal almayın.
Günün ikinci yarısında seçim zamanıdır, zərurətin və izafiliyin arasında fərq qoya bilin.
Axşam saatlarında sevdiyiniz insana hədiyyə etməyə çalışın. Səbəb kiçik olsa da, bunu unutmayın. Axşam saatlarında səs-küylü məclisə qatılmağınız sizi yora bilər. Apatiyaya qapılmayın.
Xərçəng - günün ilk yarısında yaxşı görünməyə çalışın. Kiminsə paxıllığına səbəb olacağınızı düşünməyin. Sadəlövh olmayın. Sizdən nə isə uman insanların toruna düşməyin, felinə aldanmayın. Münaqişələrə qatılmayın, sərt tənqidləri də ürəyinizə salmayın.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Mənasız məsələlərə görə mübahisə etməyin. Sevdiyiniz insana qısqanclıq üçün rəvac verməyin. Uzunmüddətli münasibətlər qurmaq istədiyiniz insanla axşam saatlarında qarşılaşa bilərsiniz.
Şir - parlaq fərdiyyətçilik bu gün problemlər yarada bilər. Başqasının intriqasının sövqi-təbii iştirakçısına dönməyin. Sizdən vasitə və ya informasiya əldə etmək üçün istifadə edə bilərlər.
Kimlərinsə maliyyə məsələrinizlə maraqlanması sizdə şübhə yaratmalıdır.
Fırıldaqçı opponentinizi ifşa etməyə çalışın.
Günün ikinci yarısında itkilərə məruz qlamamaq üçün inanılmış insanın yardım və ya dəstəyindən istifadə edin.
Axşam saatlarında yeni tanışlıq ola bilər. Qüvvənizi bərpa etmək üçün sakit istirahəti seçin.
Qız - günün ilk yarısında ünsiyyət fayda və müsbət emosiyalar vəd edir. Əlaqələri möhkəmləndirin. Birgə iş və ya ümumi maraqlar irəliləyişə səbəb ola bilər. Biliklərinizi, bacarıqlarınızı artırın.
İntellektinizi nümayiş etdirin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaq, arqumentlərinizi qəbul edəcəklər.
Axşam saatlarında sevdiyiniz insanlarla münasibətlərdə romantikanı artırın. Yaxınlarınız, dostlarınızla təmasları intensivləşdirin. Ekstravaqant addım ataraq diqqət cəlb etməyə çalışmayın.
Tərəzi - günün ilk yarısında hadisələrin axarında dəyişikliklər olacaq. Ciddi işə, ağır problemlərin həllinə hazırlaşın. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb. Fəaliyyət sahəsində yeniliklər etmək, karyera inkişafının yeni yolları barədə düşünməyə dəyər.
Günün ikinci yarısında unutmayın ki, qətiyyətli və təkidli səylər uğurun təminatıdır. Başqasının təcrübəsindən yararlanın. Tanıdığınız insanların analoji situasiyadakı davranışlarından nəticə çıxarın.
Ailə üzvlərindən biri ciddi problemlə qarşılaşıb. Nəyin dürüst olmadığını anlamaq üçün səmimi söhbətə zərurət yaranıb. Səhhətinizə fikir verin.
Əqrəb - günün ilk yarısı yaxşı xəbər, xoş sürpriz vəd edir. Maddi durumunuzu yaxşılaşdırmaq şansları yaranıb. İrəliləyin, qəfil məlumatdan bəhrələnərək yeni təcrübəyə yiyələnin. Ağır zəhmət tələb edən işlər belə, sizi yormayacaq.
Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət üçün yaxşı zamandır. Sevdiyiniz insanla münasibətləri səmimiyyət, qayğıkeşlik sayəsində daha da möhkəmləndirə bilərsiniz. Axşam saatlarına yaxın enerji potensialının səviyyəsi aşağı düşəcək. Normal istirahət etməyə çalışın.
Oxatan - heç düşünmədiyiniz halda maraqlı və dəyərli məlumat əldə edə bilərsiniz. Asan olmayan məqsədə çatmaq üçün bütün imkanların işə salınması tələb olunur. Ən kiçik səhvdən və ya maneədən sonra bədbinliyə qapılmayın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətin anlarda bel bağlaya biləcəyiniz insanların dəstəyindən boyun qaçırmayın.
Yaxınlarınızla münaqişəli vəziyyətlər yaratmayın. Sevdiyiniz insanla mübahisə etməyin. Fikrinizi nəyin bahasına olursa-olsun absolyut səviyyəsinə yüksəltməyə can atmayın. Ən səbatlı arqumentlər əleyhinizə işləyə bilər.
Oğlaq - həddən artıq iş planlaşdırmayın. Əks təqdirdə ciddi yorğunluq istisna deyil. Tanımadığınız insanlarla ünsiyyətdə söhbəti səliqəli aparın. Rəğbət bəsləmədiyiniz insanlarla sirlərinizi əsla bölüşməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə təzyiq göstərməyə çalışacaq. İstənilən məsələyə münasibətdə aqressiv davranmayın. Sevdiyiniz insan sizdən inciyə bilər. Vədləri unudaraq yalnız öz maraqlarınızın təminatı ilə məşğul olmayın.
Dolça - situasiya sizə pozitiv emosiyalar vəd etmir. Öhdəliklərinizi yerinə yetirin, yarımçıq işləri başa vurun. Məsuliyyətli olun. Diqqətsiz davranış fəsadları çox ağır səhvlər yarada bilər. Maliyyə məsələlərində sayıq qərar tələb olunur.
Günün ikinci yarısında ən adi işlər ağır zəhmət tələb edəcək.
Ailə üzvləri ilə təmaslarda səmimi olun. Yaxınlarınız sizinlə danışmaq, problemləri müzakirə etmək istəyirlər. Onları dinləyin, yardım və məsləhətlərinizi əsirgəməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısında fəaliyyətiniz məhsuldar olacaq. Ən rutin, yeknəsək işləri belə, aktiv görün. Səhhətiniz normaldır. Özünüzü yaxşı hiss edəcəksiniz. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Mənasız risklər etməyin, illüziyalara qatılmayın.
Günün ikinci yarısında yaxınlarınız planlarınız və ideyalanınızı təqdir edəcəklər. Yeni layihə kollektiv fəaliyyət tələb edir.
Axşam saatlarında romantik anlar istisna deyil.
Milli.Az
Almaniyada 250 kiloluq bomba aşkarlanıb, 400 metr radiusda təxliyə həyata keçirilir
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah Bakıətrafı ərazilərdə yollar buz bağlayacaq - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu
Bakıda bu ərazilərdə işıq müvəqqəti olmayacaq
BURAXILIŞ və QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI
Bakıda yeniyetmə dəm qazından boğulub
SOCAR AFRİKADA NEFT-QAZ YATAĞINDAN PAY ALDI - Saziş imzalandı
Avropa Liqası: "Fənərbaxça” İstanbulda “Aston Villa”nı qəbul edəcək
SABİQ NAZİRLƏ İCRA BAŞÇISININ ƏMLAKLARI HƏRRACA ÇIXARILDI: bahalı mənzil və maşınlar... - SİYAHI
"Qalatasaray"ın baş məşqçisi: "1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"
İlham Əliyev "Qarabağ"ı təbrik etdi, hakimləri isə... - "Birinci dəfə deyil ki, hakimlər ədalətsiz və qərəzli qərarları ilə..."
Azərbaycan nefti ucuzlaşdı - Bir dollardan çox
Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Saatlıda iki nəfər narkotiklə tutulub
QƏRB DÜNYASI PARÇALANIR: Tramp geri addım atdı, Avropa isə "Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik" mesajını verir
"Təhsil haqqında" qanuna dəyişiklik olunacaq
QOCALMANIN QARŞISINI ALAN PEYVƏND İCAD EDİLDİ - 3800 nəfərin üzərində uğurla sınaqdan çıxarılıb
"Liverpula böyük inamla yollanacağıq" - Qurban Qurbanov
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün dəstək istədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslər dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib