Hacıqabulda itkin düşən biznesmenin meyiti tapıldı

img

12-12-2022 [17:34]


Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb.

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib.

Onun özünü asaraq intihar etdiyi bildirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA