“Bakı Telefon Rabitəsi”nə yeni baş direktor təyin olundu

img

12-12-2022 [15:10]


[img]https://reyting.az/uploads/posts/2022-12/resad-nebiyev.jpg[/img]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom”) rəhbərliyinə yeni təyinat olub.

Məlumata görə, şirkətin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.

1986-cı il təvəllüdlü E.Niyazov həm də “Azeronline” MMC-nin baş direktoru, “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

"Baktelecom"un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA