Həbsdə olan rusiyalı silah qaçaqmalçısı ilə amerikalı idmançı dəyişdirilib - Baydendən açıqlama
08-12-2022 [20:24]
ABŞ hökuməti Rusiyada casusluqda təqsirli bilinərək həbs olunan Pol Uilanı unutmayıb və onun azadlığa buraxılması üçün işləyir.
Mia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
O bildirib ki, ABŞ Polun azad edilməsi üçün Rusiya ilə danışıqlara davam edəcək.
***
Rusiyanın məşhur silah qaçaqmalçısı Viktor But ABŞ baskebolçusu Brittni Qraynerlə dəyişdirilib.
TASS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.
Məlumata görə, onların mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanında reallaşıb.
Rusiya vətəndaşı artıq ölkəsinə dönüb/Report.
Viktor Anatolyeviç But 1967-ci il yanvarın 13-də Tacikistanın Düşənbə şəhərində anadan olub. 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləməkdə ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum olunan rusiyalı iş adamıdır. Məhkəmə Butu bir neçə maddə, o cümlədən ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın “İnqilabçı Silahlı Qüvvələrinə - Xalq Ordusuna” (FARC) silah satmaqda təqsirli bilib. 2008-ci il martın 6-dan həbsdə olan But günahını etiraf etməyib.
Qərb mediası Butu "silah baronu" və "ölüm taciri" adlandırır. Rusiyanın bəzi KİV-i bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı hesab edir.
Brittney Yvette Griner 1990-cı il oktyabrın 18-də ABŞ-ın Texas ştatının, Hyuston şəhərində anadan olub. O, Rusiyanın “UMMC Yekaterinburq” klubunda oynamış amerikalı peşəkar basketbolçudur.
2012-ci ildə o, Baylor Beers ilə Milli Kollec Atletika Assosiasiyasının (NCAA) çempionluğunu qazanaraq bu basketbol turnirinin ən görkəmli oyunçusu olub. 2014-cü ildə “Phoenix Mercury” komandası ilə qadınlar arasında NBA çempionu olub. Qadın kollec basketbolunda üç əsas mükafatın ikiqat qalibi olub.
ABŞ komandası ilə 2014-cü ildə Türkiyədə keçirilən Dünya Çempionatının, 2016-cı ildə Rio Janeryoda keçirilən Olimpiya Oyunlarının, 2018-ci ildə İspaniyada keçirilən Dünya Çempionatının və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.
2022-ci ilin fevralında o, Şeremetyevo hava limanında baqajında həşiş yağı tapılması ilə bağlı saxlanılıb. O, Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb