Vilayət Eyvazov iki rayona rəis təyin edib

img

08-12-2022 [10:24]


Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) yeni rəis təyin edilib.

Məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA