Almaniyada dövlət çevrilişinə cəhd: 3 min polis eyni anda əməliyyat keçirdi, saxlanılanlar var - Rəsmi Moskvadan iddialara reaksiya
07-12-2022 [16:45]
"Almaniyanın 11 əyalətində 130 nöqtədə 3 min polisin iştirakı ilə keçirilən əməliyyat nəticə verib".
Bu barədə Almaniya Federal Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Almaniyada dövlət çevrilişi etməyə hazırlaşan qrupun 52 üzvü saxlanılıb.
Onlar Almaniya Federativ Respublikasının konstitusiya quruluşunu devirmək və 1871-ci il Almaniya İmperiyasından nümunə götürülmüş dövlət qurmaq məqsədilə terror təşkilatı yaratmaqda ittiham edilirlər.
Məlumata görə, saxlanılanlar arasında keçmiş hərbçilər də var. İddia olunur ki, həbs qərarı verilən şəxslər tərəfindən Almaniya Bundestaqına basqın etmək planlaşdırılıb.
Almaniyanın Federal ədliyyə naziri Marko Buşman öz tviter hesabındakı paylaşımda bu gün səhər saatlarından etibarən böyük bir terrorla mübarizə əməliyyatının keçirildiyini, federal prokurorun terror şəbəkəsi ilə bağlı araşdırma aparıldığını bildirib.
“Konstitusiya institutlarına silahlı hücumun planlaşdırıldığına dair bir şübhə var. Onlar 1871-ci il Almaniya İmperiyasını nümunə götürən bir dövlət qurmağı hədəfləyirlər”- deyə Buşman əlavə edib.
Saxlanılanlar arasında uzun müddətdir alman polisinin diqqət mərkəzində olan ekstremist “Reichsbürger” (Reyx vətəndaşları) hərəkatının üzvlərinin də olduğu bildirilir/Report.
Qeyd edək ki, “Reichsbürger” üzvləri müasir Almaniya dövlətini tanımaqdan imtina edir, hətta vergi vermirlər. Bu səbəbdən də onlarla bağlı hazırda minlərlə məhkəmə işi var.
Bəzi iddialara görə, dövlət çevrilişinə cəhddə Rusiyanın da əli var.
Mia.az xəbər verir ki, rəsmi Moskva isə bu iddianı rədd edib.
Bu barədə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Almaniyada dövlət çevrilişinə cəhdə hazırlıqla bağlı vəziyyət bu ölkənin daxili işidir: "Almaniya tərəfinin də bəyan etdiyi kimi, Rusiyanın məsələyə heç bir müdaxiləsi olmayıb. Güman ki, bu Almaniyanın daxili problemidir və özlərinin də dediyi kimi Rusiyanın hər hansı müdaxiləsindən söhbət belə gedə bilməz. Bu barədə biz mətbuatdan xəbər tutduq. Bu barədə deməyə sözümüz yoxdur”.
Mia.az
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb