Ceyhun Bayramov Avropa Komissiyasının rəsmiləri ilə görüşüb - Müzakirə (FOTO)
07-12-2022 [12:57]
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji, investisiya, nəqliyyat və s. sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Aİ ilə əsas əməkdaşlıq istiqamətlərindən biri olan enerji təhlükəsizliyi sahəsindən bəhs edərək bu istiqamətdə Azərbaycan və Aİ arasında 18 iyul 2022-ci il tarixində Anlaşma Memorandumunun imzalanmasının Aİ-yə qaz ixracının artırılması ilə yanaşı, alternativ enerji mənbələrinin inkişafı məqsədilə əməkdaşlıq baxımından vacibliyini vurğulayıb.
Nəqliyyat dəhlizləri sahəsində səylərin artırılması istiqamətində fəaliyyətimizin nəticəsi kimi Azərbaycandan keçən yüklərin həcmində artımın müşahidə edilməsinin müsbət hal olduğu bildirilib. İnvestisiyaların təşviqinə əhəmiyyət verən ölkələrdən biri kimi Azərbaycanın xüsusilə “nou-hau” fəaliyyətində sərmaye qoyuluşunu təşviq etdiyi bildirilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yatırımların edilməsi ilə bağlı Aİ-nin maraq göstərməsi məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın görülən işlərə hədə törədən təxribatları, habelə mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsinin regionda sülh, təhlükəsizlik və inkişafa əsas təhdid olduğu diqqətə çatdırılıb.
Lourens Meredit 18 iyul 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafında görülən işlərin nəticəsi kimi mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Orta Dəhlizin həyata keçirilməsində irəli sürdüyü təşəbbüs və göstərdiyi fəallığın Azərbaycanı nəqliyyat və tranzit sahəsində mühüm tərəfdaşlardan birinə çevirdiyi qeyd olunub. Lourens Meredit, həmçinin bölgələrdə iqtisadi inkişaf, orta və kiçik sahibkarlıq, alternativ enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrinə sərmaye qoyuluşunun Aİ üçün prioritet olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın sözügedən sahələrdə yenilik və innovasiyaları dəstəkləyən baxışının təqdirəlayiq olduğu bildirilib. Lourens Meredit ciddi hədə törədən mina təhlükəsinin aradan qaldırılması üçün əməkdaşlıq və həmrəyliyin vacibliyini qeyd edib.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."