Təranə Səmədova şantaj ittihamı ilə tutulan ərindən yazdı: "Məcburam güclü olmağa"

img

07-12-2022 [11:44]


"Ata, biz sənin üçün necə darıxırıq, övladlarının hamısı... Allah özü qorusun bizi, heç bir valideynin, övladın gözü yaşlı qalmasın".

Mia.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb.

O, həbs edilən həyat yoldaşı Rasim Həsənovla bağlı paylaşım edib və bunları yazıb: "Allah haqqı nahaqqa möhtac qoymasın. Hər açılan sabahın bir kəraməti var. İnşallah, bu gün də xeyirli günlərdən olar. Sonda hər şey yaxşı bitir, hər şey yaxşı deyilsə, deməli son deyil. Allah səni bizə tez qovuşdursun. Məcburam güclü olmağa. Amma arada elə istəyirəm ki, düyməni basıb, yatmaq rejiminə keçim".

Qeyd edək ki, DİN-in Mətbuat xidməti məlumat yayaraq Rasim Həsənovun həbs edildiyi haqda xəbər yayıb. O, instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edib. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR