Prezident İlham Əliyev Oğuz rayonuna gedib - Açılışlar + FOTOLAR (Yenilənib)
02-12-2022 [19:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.
Mia.az xəbər verir ki, dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına kiçik su elektrik stansiyaları haqqında məlumat verib.
Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və “yaşıl enerji”nin prioritet istiqamət seçilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərə uyğun olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Oğuz rayonunun Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə ümumi gücü 3,6 meqavat olan kiçik su elektrik stansiyasından ibarət hidroqovşaq yaradılıb, bu stansiyalarda ümumilikdə 8 hidroaqreqat quraşdırılıb. Baş Daşağıl kəndində hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib. Bu qurğunun yaradılması “yaşıl enerji”nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib.
Qeyd edilib ki, pilləli üsulla tikilən üç kiçik su elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək. Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək “Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, “yaşıl enerji” nisbətinin bir qədər də yüksəlməsinə səbəb olub.
Məlumat verilib ki, hər üç elektrik stansiyası rəqəmsal qaydada “Azərenerji”nin SCADA dispetçer sisteminə qoşularaq Azərbaycanın ümumi enerji sisteminə inteqrasiya edilib.
Dövlətimizin başçısı elektrik stansiyalarını işə salıb.
Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin “yaşıl enerji” strategiyasına uyğun olaraq son 2 ildə ölkəmizin istər işğaldan azad edilən, istərsə də digər ərazilərində ümumi gücü 50 meqavatdan artıq olan 14 kiçik su elektrik stansiyası yaradılıb və yaradılmaqdadır.
***
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov dövlətimizin başçısına məlumat verdi ki, ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq vardır. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb.
Qeyd edilib ki, bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi yaradılıb və uşaqlar üçün 5 ədəd söhbətgah quraşdırılıb.
Prezident İlham Əliyev qrup otaqları, oyun zalı, yeməkxana və həyətyanı sahədə yaradılmış şəraitlə tanış olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.
Mia.az xəbər verir ki, “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına zavodun layihəsi barədə məlumat verdi.
Bildirilib ki, əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb.
Qeyd edilib ki, ümumilikdə 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulub. Eyni zamanda, qoz növləri üzrə tingçilik təsərrüfatı yaradılıb. Məhsulların yığılma və qurudulma vaxtı 40 gündür. Qoz məhsulunun qurudulması üçün nəzərdə tutulmuş 80 metal qutunun həcmi 400 tondur.
Məlumat verilib ki, zavodda ilkin olaraq 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev yeni zavodun təməlini qoyub.
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerilə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)