Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-12-2022 [00:04]
Qoç - günün ilk yarısında məhsuldar çalışın. Əməyiniz bəhrəsini verəcək. Gəlir əldə etmək üçün inadkar və qətiyyətli olmalısınız. Tələbələr, şagirdlər, mühəndislər, kommersantlar, memarlar üçün yaxşı gündür.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə danışıqlarınız uğurlu olacaq.
Şəxsi həyatınızda hisslər tarıma çəkilməməlidir. Yeni macəralar aramayın. Dostluq münasibətləri ilə hisslər arasında dəqiq sərhədi müəyyənləşdirin. Sevdiyiniz insana qısqanclıq üçün heç bir səbəb verməyin.
Buğa - günün ilk yarısı sakit və rəvan olacaq. Lakin saatlar keçdikcə ekstravaqanat, qeyri-adi qərarlar qəbul edəcək situasiyalar yaşanacaq. Qərarlarınız və fəaliyyətiniz dəqiq bəlirlənmiş istiqamətdə olmalıdır. Belədə özünüzlə bahəm, ətrafınızdakı insanlar da gəlir əldə edəcəklər.
Günün ikinci yarısınla dostlar və tanışlar planlarınızla niyyətlərinizi dəstəkləyəcəklər.
Yaxınlarınızla münasibətlərinizi gərməyin. Ailədə qarşılıqlı iradlar və emosional açıqlamalar kritik vəziyyət yarada bilər. Soyuqqanlı, təmkinli davranın.
Sevdiyiniz insanla münasibətləri qorumaq üçün aktiv olun.
Əkizlər - səhər saatlarından etibarən mühüm görüşə can atmayın. Önəmli danışıqlar və ya müzakirələr üçün əlverişli zaman deyil. Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı peşəkar səviyyədə nümayiş edin.
Günün ikinci yarısında qeyri-standart qərarlar qəbul edə bilərsiniz. Ailə üzvləri ilə qayğıkeş olun. Məişət problemlərinin sayı artacaq. Subaysınızsa, axşam saatlarında maraqlı görüşlər olacaq.
Xərçəng - rutin işlər sizi bezdirə bilər. Narahat olmayın, saatlar keçdikcə situasiya dəyişəcək. Sizi sürpriz gözləyir. Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Mühüm qərarların qəbulunu ertələyin.
Günün ikinci yarısında mütəxəssislərin, işə bələd olan insanların məsləhətlərinə qulaq asın. Alış-verişə yollanmaq olar.
Yaxınlarınız sizi dəstəkləyəcəklər və kömək edəcəklər. Buna cavab olaraq sayğılı davransanız, ailədəki münasibətlər möhkəmlənəcək.
Şir - günün ilk yarısında sakit və rəvan vəziyyət saatlar keçdikcə gərginləşəcək. Situasiyadan asılı olaraq sürətli, təcili qərarlar qəbul etməli olacaqsınız. Qayğılar və problemlər nəticəsində başağrısı, güclü yorğunluq hissi yarana bilər.
Günün ikinci yarısında hiperfəallığa can atmayın.
Yaxınlarınızla təmaslarda diqqətli, qayğıkeş olun. Sakit şəraitdə çalışın. Bəxtəvərlik və xoşbəxtlik arayırsınızsa, maraqlandığınız insandan xoş sözlər eşidəcəksiniz.
Qız - ünsiyyət, problemlərin müzakirəsi, informasiya mübadiləsi və məlumatların nəzərdən keçirilməsi üçün pis zaman deyil. Yaxın ətrafınızdakı insanlardan biri bilavasitə peşəkar fəaliyyətinizlə bağlı olmayan məsələyə görə sizdən yardım istəyəcək.
Günün ikinci yarısında çay gəlməmiş çirmənməyin. Tələsik addımlar və düşünülməmiş qərarların çox pis fəsadları ola bilər.
Ailə qayğılarını sürətlə çözmək mümkündür. Çətinlikləri həll etdikcə həzz alacaqsınız. Uşaqlar və yaşlı qohumlarla təmaslar üçün yaxşı zamandır.
Axşam saatlarını dostlarla keçirin.
Tərəzi - heç bir plan və ya niyyət qəfil dəiyşikliklərdən sığortalanmayıb. Əndişəyə qapılmayın. Saatlar keçdikcə problemləri həll edə bilərsiniz.
Başladığınız işi yarımçıq qoymayın.
Günün ikinci yarısında ağır situasiya yaranacaq. Dostlarınızdan birinin probleminin çözülməsində fəal iştirakınız tələb olunur.
Ailədə emosional mübahisələr başlaya bilər. Münasibətlərin aydınlaşdırılması, qısqanclıq istisna deyil. Lakin soyuqqanlı davransanız, yarana biləcək münaqişəni ilkin mərhələdə həll edə bilərsiniz. Situasiyaya rasional baxışda da xeyir var.
Əqrəb - yaxın ətrafınızdakı insanların mövqelərini və fikirlərini nəzərə alın. Tənqidə həddən artıq sərt reaksiya verməyin. Hamıdan yaxşı, superpeşəkar və meqaağıllı olduğunuzu əsla düşünməyin. Kimin əsl dost, kimin də maskalanmış bədxah olduğunu müəyyənləşdirmək üçün yaxşı gündür.
Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda avtoritar olmayın. Müstəqil fəaliyyətə maneələr yaratmayın. Belə olarsa, yaxınlarınız tərəddüd və təbəddülat içində olacaqlar. Onları anlamağa cəhd göstərin.
Axşam saatlarını dostlar və həmfikirlərlə keçirin.
Oxatan - yeni biliklər və fərqli məlumatlar əldə etməyə çalışın. Ünsiyyətdə səmimi olun. Həmsöhbətinizin dediklərini diqqətlə dinləyin. Təcili olaraq harasa yollanmaq zərurəti yarana bilər.
Qəfil situasiya güclü emosiyalar yaradacaq.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmas zamanı ehtiyatlı olun.
Yaxınlarınızla mübahisə etməyin. Ailənizdə sakitlik və rəvanlıq hökm sürsün.
Müsbət emosiyaları və nikbin olsanız, işlərinizdə irəliləyişlər istisna deyil.
Subaysınızsa, sizi romantik axşam gözləyir.
Oğlaq - yeni məlumatlar əldə edin, mövcud informasiyaları yeniləyin. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda olun. Yazışma, sənədləşdirmə üçün əlverişli zamandır.
Günün ikinci yarısında planlaşdırılmamış işlər və qəfil situasiyalar ola bilər. Mühüm layihəni ertələyin ki, ciddi səhvlərə yol verməyəsiniz.
Yaxınlarınız diqqət və qayğı tələb edirlər. İşləriniz çox olduğundan qıcıqlana bilərsiniz. Hisslərə qapılmayın.
Axşam saatlarında normal istirahət edin.
Dolça - ünsiyyət sizi sevindirəcək. Mübahisə etməyin. Sizə nəyisə sübüt etməyə çalışan insanla aqressiv davranmayın. Soyuqqanlı olun, diplomatikcəsinə davranın. Yaxın ətrafınızda dedi-qodulara, şayiələrə ifrat meylli insan var.
Günün ikinci yarısı pul yatırmaqla yanaşı, pul əldə etmək üçün pis deyil. Alış-veriş etmək olar. Geyim seçəndə diqqətli olun.
Ailə üzvləri ilə müzakirələrə başlasanız, söhbət mübahisəyə çevriləcək. Mövqeyinizi hər vəchlə qorumağa çalışmayın. Münaqişə yarana bilər.
Balıqlar - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. Başqalarına çox mürəkkəb təsir bağışlayan bəzi işləri uğurla başa vura bilərsiniz. Müşkül məsələlərin həlli heç bir çətinlik yaratmayacaq.
Günün ikinci yarısında ağır problemlər yaranmayacaq. Əksinə, xoş sürprizlər olacaq.
Yaxınlarınızla təmaslarınız rəvan olsun. Ailə üzvləri qarşılaqdıqları məişət qayğılarının çözülməsində sizdən yardım gözləyirlər.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Milli.Az
Çavuşoğlu səfirliyə hücumla bağlı Bayramova zəng etdi: "Azərbaycan heç bir zaman yalnız deyil"
Rəsmi Moskvadan Azərbaycanın İrandakı səfirliyinə xain hücuma reaksiya: "Bu, bizi şoka salıb"
RƏSMİ BAKI İRANDAKI SƏFİRLİYİMİZƏ XAİN HÜCUMLA BAĞLI BƏYANAT YAYDI: "Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq..."
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: ölən və yaralanan var - Terrorist saxlanıldı (Yneilənib)
Türkiyədə daha bir qızıl yatağı aşkarlanıb
Baş Prokurorluqda geniş kollegiya iclası başlayıb.
LAÇIN YOLUNDAKI AKSİYANIN 47-ci GÜNÜ: yol açıqdır, etirazlar davam edir (Yenilənir)
Samir Adıgözəlli hava limanında saxlanıldı - Moskvada (VİDEO)
Bu gün siz nə gözləyir? - BÜRCLƏR
Mahsun Kırmızıgül məhkəməyə verildi, iclasdan sonra dava düşdü - "Atamın sümüklərini sızladırsan"
CHP-dən "6-lı Masa"nın toplantısının getdiyi anda diqqətçəkən gediş - Kılıçdaroğlunun "yetər, söz millətindir" sloqanlı afişası asıldı (FOTO)
"Qarabağ" Yassin Benziani heyətinə qatdı
"Fənərbağça"nın gənc ulduzu: "Təbii, Avropada oynamaq istəyirəm"
"6-lı Masa"nın 9 saatlıq iclası bitdi - Birgə bəyanat yayıldı, "Ərdoğan namizəd ola bilməz" deyildi
"Qalatasaray"ın futbolçusu arvadının elə foto və mesajlarını yaydı ki... - Xəyanət dəlilləri hansı futbolçunu "tələ"yə saldı? (FOTOLAR)
"Sabah" “Neftçi”nin yolunu kəsdi
Aktrisaya "nankor" dedilər
İsrail ordusu həyəcan siqnalı ilə ayağa qaldırılıb
RUSİYA BAYDENƏ UKRAYNANI BOMBARDMANLA CAVAB VERİR: 11 şəhər raket və PUA hücumuna tutulub, xeyli ölən və yaralılar var
GÖMRÜK KOMİTƏSİNDƏ ƏMƏLİYYAT: iki nəfər saxlanıldı - Prokurorluq xəbər yaydı (Yenilənib)
Prokurorluq "bu qız lüt şəkil və videolarla cəmiyyətin əxlaqını pozur" iddiası ilə fenomenə 3 ilədək iş istədi, ancaq... - FOTOLAR
"Neftçi" daha bir futbolçu ilə anlaşıb (Yenilənib)
Məşhur DJ-nin cəsədi zibil qutusundan çıxdı - Sevgilisi kimi günahlandırır? (FOTOLAR)
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Kurtlar Vadisi"nin daha bir məşhur aktyoru ürəktutmadan öldü
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı: ölən yoxdur
Prezident İlham Əliyev daha bir fərman imzaladı
47 yaşlı qadını kim öldürüb? - DİN açıqlama yaydı
Prezident İlham Əliyev "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanunu təsdiqləyib
Vilayət Eyvazov bu rayonda iki günə 104 vətəndaşı qəbul etdi, rəislərə tapşırıq verdi - Nazir 34-ü qazi olmaqla 131 nəfəri isə polisə işə götürdü (FOTO)
Rəsmi Moskvadan Baydenə qəzəbli mesaj: "Bu, savaşa açıq müdaxilə və döyüşə qatılmaqdır"
AKŞENER "6-lı MASA"NI DAĞIDIR? - "Kiliçdaroğlunun namizədliyini qəbul edəcək nöqtədə deyilik"
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna əlavəni təsdiqlədi - Dəyişiklik
Prezident Əli Əhmədovla bağlı sərəncam imzaladı
İlham Əliyev onları təltif etdi - Sərəncam
Prezident sərəncam verdi, nazirlik təsdiqlədi: gənclər xaricdə hansı universitetlərdə dövlət hesabına oxuya bilər? - SİYAHI (ŞƏRTLƏR)
Türkiyədə partiya qapadılır - Konstitusiya Məhkəməsi HDP ilə bağlı yeni qərar verdi
Prezident İlham Əliyev bu ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib - Müzakirə (FOTOLAR/(Yenilənib)
Sabahın hava proqnozu açıqlandı