NATO: "Rusiya qışdan silah kimi istifadə etməyə çalışır"

img

29-11-2022 [15:39]


“Heç bir ölkə Rusiyanı silahla təmin etməməlidir”.

TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, silah ehtiyatı azaldığına görə Rusiya digər ölkələrdən silah alır.

Baş katib buna nümunə kimi İrandan alınan silahları göstərib/Report.

Mia.az-ın məlumatına görə, baş katib Rusiya Prezidenti Vladimir Putinin Ukraynada uduzduğunu da deyib.

O bildirib ki, Rusiya qışdan silah kimi istifadə etməyə çalışır: “Alyansdakı müttəfiqlər zədələnmiş enerji obyektlərinin bərpasına kömək etmək üçün artıq Ukraynaya generatorlar və ehtiyat hissələri bağışlayıblar”.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR