İsa Həbibbəylidən oğlu barədə açıqlama: "Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur” - Naxçıvanda həbslər gedir
25-11-2022 [11:16]
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlar ölkə gündəminin əsas mövzularından biri kimi diqqətlə izlənir.
İddiaya görə, muxtar respublikanın Gömrük Komitəsinin bəzi əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər, kabinetlərdə isə axtarışlar aparılıb.
Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzovun komitənin inzibati binasına buraxılmadığı da deyilirdi.
Qeyd edək ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.
Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb. İ
Mia.az xəbər verir ki, İsa Həbibbəyli “Unikal”a açıqlamasında Naxçıvan Gömrük Komitəsində yoxlama aparıldığını təsdiqləyib: “Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur”.
Qeyd edək ki, son vaxtlar Naxçıvan MR rəhbərliyi ətrafında maraqlı hadisələr müşahidə edilir. Bildirilir ki, Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun YAP-ın 30 illik yubileyi keçirilən gün Bakıda olduğu, lakin tədbirə dəvət olunmadığına dair iddialar var. Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır. Məlumatlara görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsni təmin etməkdir.
Onu da bildirək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə tabe olan Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. Bundan əvvəl isə sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək onun bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı.
İddialar var ki, Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması vacib hesab edilir. Naxçıvan Muxtar Respublikasının nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər. Eləcə də rayonların icra hakimiyyətləri. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin ləğvinin də gündəmdə olduğu deyilir. Bütün bu məsələlərlə bağlı idarəetmədə islahat xarakterli addımlara qarşı V.Talıbovun müqavimət göstərə biləcəyi ağlabatan görünmür, amma belə iddialar da var.
Maraqlıdır ki, bir neçə gün əvvəl Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etmişdi. M.Əliyev Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirib və məruzələri dinləyib. Bu əlbəttə ki, sıradan səfər deyildi.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Müsavat-a açıqlamasında öncəliklə Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən söz açıb: “Mən ilk olaraq, onu deyim ki, Dövlət Təhlükəsizlik Xidməti son illərdə göstərdiyi fəaliyyətlə özünü ən yüksək pillədə göstərməkdədir. Etiraf edək ki, peşəkar çekist kimi ölkə prezidenti İlham Əliyev tərəfindən DTX-ya rəhbər təyin edilən Əli Nağıyev və onun formalaşdırdığı komanda sözün həqiqi mənasında dövlətin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi olaraq, xarici təhdidlərə qarşı bir müddət öncə İran kəşfiyyat şəbəkəsinin ölkəmizdə ifşa olunması ilə bağlı atılan addımlar və bununla bağlı ciddi uğurlu əməliyyatların həyata keçirilməsini qeyd etmək yerinə düşür. Digər tərəfdən dövlətçiliyimizə hər halda təhlükə törədən korrupsiya hallarına, eləcə də, xoşagəlməz hərəkətlərlə əlaqədar həyata keçirilən əməliyyatlar ənənəvi hal alıb. Bu dövlətçiliyimizin güclənməsinə verilmiş olan əhəmiyyətli töhfələrdir. Digər tərəfdən, ölkə rəhbərinin 2019-cu ildən başlayaraq, bütün istiqamətlərdə həyata keçirmiş olduğu islahatlar, həm də köklü islahatlar davam etdirilir. Onların içərisində struktur islahatları önəmli yer tutur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının nazirliklərinin komitələrinin Azərbaycan nazirliklərinə, komitələrinə bir hissəsi kimi birləşdiriləcəyi ilə bağlı həyata keçirilən tədbirlər, islahatlar effektiv nəticə verə biləcək islahatlardır. Bir neçə il bundan öncə belə islahatların həyata keçirilməsi çətin olardı. Hətta deyərdim ki, mövcud reallıqlarla üst-üstə düşməyə də bilərdi. Amma 44 günlük müharibədən sonra biz təkcə işğal altında olan torpaqlarımızı azad etmədik, eyni zamanda, Azərbaycan dövlətçiliyi özünün digər üstün tərəfləri ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu islahatlar artıq daha dərin xarakter almağa başlayıb. Eyni zamanda, mənə elə gəlir ki, Naxçıvanda müstəqil fəaliyyət göstərən nazirliklərin, komitələrin Azərbaycanın mərkəzi strukturlarına tabe etdirilməsi doğru addım olardı. Təbii ki, davamlı və dərin islahatların aparılması üçün vacib şərtlərdən biridir”.
“Yeni Müsavat”
İranlı narkotacirin Bakıdakı kuryerləri saxlanılıb
Bonte" restoranında tavan çöküb
"Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir" - Misir Mərdanov "Heç bir şey kitabı, danışığı əvəz edə bilməz" deyir
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub
RƏSMİ TEHRANDAN MÜHARİBƏ ANONSU: "Savaşa da hazırıq"
Ötən il 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub - Statistika
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - VİDEO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO
Bakıya sulu qar yağacaq - Sabahın hava proqnozu
İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
Əhməd İsmayılov: "Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü..." - MÜSAHİBƏ
Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - Rəsmi açıqlama
Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR
Azərbaycan qazının büdcə qiyməti 440 dollardan götürülüb
İRANDAN ABŞ-ın TƏHDİDİNƏ REAKSİYA: "Starlink"ə girişi əngəlləmək üçün siqnal pozuçular artırılıb
Xalq artisti amnistiyaya düşdü - Cəzadan azad edildi
Banklarla bağlı yeni qərar təsdiqləndi - DETALLAR
ARDNF-in 2026-cı il büdcəsinə rəy verilib
ABŞ-dan Azərbaycanla bağlı müəmmalı mesaj: “Hazır olun!” - Bölgədə nəhəng proseslər başlayır?
Aşıq Əhlimanın xanımı: "Əhliman müəllim demək olar ki, danışmır, bir kəlmə də kəsmir"
Türkiyədə 16 şəhərdə əməliyyat - 81 nəfər tutulub
Kuba prezidenti Trampa meydan oxudu: "Heç kim bizə diktə edə bilməz"
Müğənninin qardaşı vəzifədən çıxarıldı
Təşkilat sədrinin oğlu qəzada ölüb
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi
Siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir
Rövnəq Abdullayevin kürəkəninin bankı iclas çağırdı - Banka yeni vəsait cəlb edilib
Nazir İH sədrinə daha bir müavin təyin etdi - Eşqin Bayramov kimdir?
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
"Əgər Qrenlandiyanı biz almasaq, Rusiya və ya Çin alacaq" - Tramp iddiasını yenilədi, NATO-nu aşağıladı
Bakıda 66 yaşlı kişi dəm qazından ölüb
Baş məşqçi: "Bu komandanı Super Liqaya çıxarmaq üçün çalışacağıq"
Şamaxı rayonunda zəlzələ olub
Nadir şahdan bu günə: İran – Türkiyə – Səudiyyə Ərəbistanı üçbucağı
"İnter" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR