AXCP funksoneri azadlığa buraxılıb

img

24-11-2022 [13:48]


Almaniyadan deportasiya olunan və daha sonra keçmiş həyat yoldaşının tələbi ilə həbs edilən AXCP Biləsuvar rayon şöbəsinin funksoneri Ziya İbrahimov azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, Ziya İbrahimov artıq azadlıqdadır: "İttihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verildi və həbsdən azad edildi".

Xatırladaq ki, Z.İbrahimov 2018-ci ildə Almaniyaya mühacirət etsə də, bu ilin avqust ayında o, həmin ölkədən deport olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR