Zəngilan, Cəbrayıl və Qubadlıda yeni kəndlər salınacaq

img

21-11-2022 [12:05]


Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərininin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynın bir hissəsi artıq hazırdır.

Mia.az xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

"Gələn ilin ortalarında həmin kəndlərin salınmasına başlanılacaq. Zəngilan şəhərində isə yaşayış məhəlləsinin təməlqoyması həyata keçirilib və tikintisi növbəti ilə planlaşdırılır", - deyə o, qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA